Əlaqə Arxiv
news Image
2014.11.08
17:00
| A A A
"Məndən çəkindikləri üçün artıq hərəkətlər edə bilmirlər"

"Mənə "ilişənlər"i yola verməyə çalışıram"

"Mən özümdən güclüdən üzr istəyə bilərəm, amma haqqına. Əgər mən günahkaramsa bunu edərəm".

Movqe.az anspress-ə istinadən xəbər verir ki, bu sözləri ANS-də yayımlanan "Xəbər Sizsiniz" verilişində müğənni Manaf Ağayev söyləyib.

Müğənni əsəbi və səbrsiz olmağına baxmayaraq çox vaxt ona "ilişənlər"i yola verməyə çalışdığını bildirib.

"İndi insanlar çox aqressivləşib. Avropa ölkələrində elə gözəl münasibət var ki, hamı bir-birilə mehribandır, danışıb-gülür. Bizdə isə əksinə", deyə müğənni bildirib.

Manaf Ağayev deyib ki, ondan çəkindikləri üçün artıq hərəkətlər edə bilmirlər.

Sizin Reklam Yeriniz