ATV-nin "Gündəlik" proqramının aparıcısı Mətanət Əliverdiyeva bəzi həmkarlarının ünvanına atmacalar atıb.
Movqe.az publika.az-a istinadən xəbər verir ki,aparıcı xanım bir
çox həmkarlarının özünü ona oxşatdığını deyib: "Bəzi həmkarlarım
var ki, məni yamsılayırlar. Xüsusən də vaxtilə işlədiyim qonşu
kanalın bəzi aparıcılarını nəzərdə tuturam. Mən verilişdə hansı
hərəkəti edirəmsə, onu təkrarlayırlar. Hətta ayağımı necə
qoyuramsa, onlar da elə qoyur. Qonaqlarım çox olduğu üçün mən
adətən, ayaqüstə dayanmalı oluram. İnsanıq də, dabanlı
ayaqqabılarda bəzən yoruluram və divanın kənarında otururam.
İnanın, həmin aparıcılar divanda boş yer olsa da, divanın kənarında
otururlar. Eynən mənim kimi. Onlara demək istəyirəm ki, özünüz
olun, başqalarını yamsılamayın. Çox biabırçı görünürsünüz".
Aparıcı xanım qadınlar haqqında da kəskin danışıb. Heç vaxt
rəfiqəsinin olmadığını deyən Mətanət qadınların 80 faizindən
zəhləsi getdiyini deyib. Səbəbini isə belə izah edib: "Qadınlar
yalnız dedi-qodu ilə məşğul olurlar. Bir də görürsən, dostluq
etdikləri insanın arxasınca elə sözlər danışırlar ki, məəttəl
qalırsan. Buna görə də qadınlara inanmıram və onlarla rəfiqəlik
etmirəm".
Qeyd edək ki, Mətanət qonşu kanal deyəndə ANS-i nəzərdə tutur.
Çünki bir müddət öncə o, həmin kanalda işləyib.