Xəyanətə görə ərindən boşanan əməkdar artist ərə gedir : "Sevirəm"
Movqe.az xəbər verir ki,lent.az-a açıqlama verən M.Xanlarova
bildirib ki, onunla evlənmək istəyən bəy yaşca ondan balacadır:
"Bir çoxları bilir ki, həyat yoldaşım mənə xəyanət etdiyinə görə
ayrılmışam. Bunu heç kimdən gizlətmirəm. İlk evliliyimin uğursuz
olmağına baxmayaraq, yenidən ailə qurmaq istəyirəm. Çünki artıq
qızım da ailə qurub. Mən də cavanam. Mənim nə yaşım var? Elə
insanlar var ki, mənim yaşımda ailə qurub. Mən də istəyirəm ki,
ailəm olsun. Bilirəm, bir çoxları deyəcək ki, "Buna bax, utanmır,
bu yaşda ailə qurmaq istəyir". Axı niyə? Mən də insanam. Mən də
qadınam axı. Bir tumara, nəvazişə ehtiyacım var. Hazırda mənimlə
ailə qurmaq istəyən şəxs var. Təklifini də edib. Mənimlə ailə
qurmaq istəyən bəylərin əksəriyyəti yaşca məndən balaca olub. Bu
sevgilərə hörmətlə yanaşmışam. Hazırda elə bir insan var ki,
ürəyimi fəth edir. Amma mən hələ ki, tələsmirəm. Yaxınıma
buraxmıram. Çünki dəfələrlə zərbələr almışam. Ehtiyat edirəm. İndi
təklifə müsbət cavab versəm, o da məni aldatsa, ruhən yıxılaram.
Ona görə də hələ ki, gözləyirəm. Alınsa, ailə quracam".M.Xanlarova
onu da əlavə edib ki, növbəti evliliyində toy çaldırmayacaq:
"Yenidən ailə qurmağı qətiləşdirsəm, özüm üçün toy etməyəcəm. Ailə
qurmağımı isə heç kimdən gizlətməyəcəm. Efirə çıxıb, deyəcəyəm ki,
mən onu sevirəm. Ürəyimi fəth edən bəyin vəzifəli, pullu olması
əsas deyil. Çünki mən Mehriban Xanlarovayam. Özümdən başqa heç
nəyim yoxdur. Sadəliyi yetər. İnşallah qismət olarsa, 2015-ci ildə
ailə quraram".