Azərbaycanın əməkdar artisti müflisləşdi
Əməkdar artist, müğənni Nüşabə Ələsgərli sənətindəki
yeniliklərdən Milli.Az-a danışıb. Müğənni övladlarından söz açaraq
nənə olmaq arzusunu da dilə gətirib: "Bu günlərdə iki yeni mahnı yazdırmışam, inşallah, onları Yeni
il qabağı oxuyacağam. Hal-hazırda mahnılar aranjman edilir.
Bilirsiniz ki, mənim övladlarımın ikisi də bu il universitetə daxil
olublar. Qızımın 17, oğlumun isə 18 yaşı var. Nənə olmaq arzum da
var. Təbii ki, hər şey zamanında daha gözəldir. Kim istəməz ki,
nənə olsun? Nənə olmaq ən gözəl hisslərdən
biridir.Həyat yoldaşımın işi olanda mənimlə
bir çox yerlərə gedə bilmir. İşi olmayanda isə telekanallara
birlikdə gedirik. O, bizneslə məşğuldur. Mən də əvvəl bizneslə
məşğul olurdum, sonradan pul qazana bilmədiyimə görə marketimi də,
gözəllik salonumu da satdım. Çünki bunlar mənə xeyir
gətirmədi".