Əlaqə Arxiv
news Image
2014.11.13
13:15
| A A A
Aysun: "Axırıncı dəfə deyirəm!"
Movqe.az gecce.az-a istinadən xəbər verir ki, müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun özünü türkiyəli aktrisa Merve Boluğura oxşatması ilə bağlı gəzən şayiələrə aydınlıq gətirib:
 
"Hamı mənə deyir, Merve Boluğura oxşayırsız, yoxsa oxşatmaq istəyirsiz? Bu günə qədər özümü heç kimə oxşatmamışam. Sözügedən aktrisaya, məncə, oxşarlığım yoxdur. Ən çox İnstagram-da bu sualla qarşılaşıram. Axırıncı dəfə deyirəm. Mən özümü kiməsə oxşatmıram. Kimsə özünü mənə oxşatsın. Yersiz söhbətləri yığışdırın".
Sizin Reklam Yeriniz