Əlaqə Arxiv
news Image
2014.11.14
12:02
| A A A
Xumar Qədimova: "Bu, mənim ən böyük cinayətimdir"

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı hisslərindən, efirlərdə gec-gec görünməyinin səbəbindən danışıb:


"Xoşlayıram ki, mənim üçün darıxsınlar. Özüm də darıxmağı sevirəm. Tez, asanlıqla əldə etməyi xoşlamıram. Dadı, dəyəri itə bilər. 


Qarşımdakı insanı istədiyim kimi görməyi arzulayıram. Bu, mənim ən böyük cinayətimdir. Bu, düzgün deyil. Buna görə də ətrafımda çox adam yoxdur, hamı ilə məsafə saxlayıram. Belə xasiyyətlə hamı yanımda olsa, əziyyət çəkərəm".


X.Qədimova "Nəyə ehtiyacınız var?" sualına belə cavab verib:


"Həyatda sevgi olmasa, olmaz. Ayrılmamağa, dostluğa, səmimiyyətə ehtiyacım var. Əsl dost, rəfiqə istəyirəm. Kiçikliyimdən indiyə kimi əlimdə çıraq dost axtarmışam. Düzdür, bacım dostumdur. Amma rəfiqə də istəyirəm. Yoxdur... insanlarda bir xüsusiyyət var: sənin xoşbəxt olmağına o şərtlə razıyam, mən də xoşbəxt olum. Uğuruna sevinmir. Onunla necə dostluq edəsən?"

Sizin Reklam Yeriniz