Əlaqə Arxiv
news Image
2014.11.14
15:31
| A A A
Almaz Ələsgərlidən gənc müğənnilərə: "Tərbiyə yoxdur"

"Yeni müğənnilər arasında hələ ki, diapazonu geniş, öz sözünü deyəni yoxdur" Movqe az lent.az-a istinadən  xəbər verir ki, bu sözləri əməkdar artist Almaz Ələsgərli deyib. O, bir çox müğənniləri tənqid edərək, onları performans göstərməməkdə qınayıb: "Mən artıq 30 ilə yaxındır ki, Azərbaycan musiqi sənətindəyəm. İllərdir çəkdiyim zəhmətin qarşılığını almışam. Əməkdar artistəm. Amma bu şou aləmi mənim ürəyimi açmır. Müğənnilər konsertlərdən pul qazana bilmir. Yalnız gəlirimiz toylardır. Hazırda gənclərdən sənət göstərənlər çox azdır. Bu sözləri çəkinmədən deyirəm, ümumiyyətlə yeni nəsil müğənnilərinsə elə də fövqəladə səsləri yoxdur. Zəmanə də dəyişib. Bir çoxları böyük-kiçik yeri də bilmir. Özümdən böyük gördüyüm zaman, ayağa qalxıb yer verib, hörmət göstərirəm. Özümdən böyük insanın əlindən də öpə bilərəm. Amma indi şou aləmində böyük-kiçik yeri bilən yoxdur. Bir sözlə tərbiyə gendən gəlməlidir. Pulla deyil ki, sonradan alınsın". 

Sizin Reklam Yeriniz