Əlaqə Arxiv
news Image
2014.11.17
09:20
| A A A
"Hürrəm Sultan"in İstanbuldakı villası
"Hürrəm Sultan" obrazı ilə məşhurlaşan aktrisa Məryəm Üzərli Türkiyəyə geri qayıdır. Movqe.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, aktrisa bunun üçün İstanbulda ev kirayələyib. O, bağçası və hovuzu olan villaya hər ay 15 min lirə (5500 dollar) ödəyəcək.Tükənmişlik sindromu yaşayan və İstanbulu tərk edən Məryəm yanvardan yeni serialda rol alacaq. Yaşadıqlarında otel otaqlarında qalmasının da təsiri olduğunu düşünən Üzərli yaxınlarına "Artıq bir qızım var. Onu otel otaqlarında böyüdə bilmərəm. Qızıma sağlam və isti bir yuva lazımdır" deyib.
Sizin Reklam Yeriniz