Çörəyin içindən telefon çıxdı
3 saylı İstintaq Təcridxanasına telefon keçirmək
cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar
Xidmətindən Movqe.az-a verilən məlumata görə, xidmət
əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri
nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, 13 il
müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ramin Tahir oğlu
Məmmədova dostu Murad Valis oğlu Nağıyevin gətirdiyi sovqata baxış
keçirilən zaman "Eti Mek" qurudulmuş çörəyinin içərisində xüsusi
üsulla sellofana bükülərək gizlədilmiş iki ədəd qara rəngli "Nokia"
markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.Fakt üzrə
araşdırma aparılır.