Əlaqə Arxiv
news Image
2014.11.17
21:42
| A A A
MN: Anjey Kaspşikin helikopterin vurulduğu əraziyə gedəcəyi barədə məlumatlar erməni tərəfinin növbəti yalanıdır

"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Ağdamda ermənilərə məxsus Mi-24 döyüş helikopterinin vurulduğu ərazidə monitorinq keçirəcəyi barədə məlumatlar ermənilərin növbəti yalanı və spekulyasiyasıdır".


Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

 

V. Dərgahlı deyib ki, erməni tərəfi bununla beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkməyi hədəfləyir. Monitorinq qoşunların təmas xəttinin müəyyən olunmuş sahəsində – Ağdam rayonunun Mərzili kəndi yaxınlığında keçiriləcək və bu yer barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib.

 

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 18-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller, Piter Svedberq və Yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri, polkovnik Markus Uidmer (İsveçrə), təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Vitaliy Belokon (Rusiya) keçirəcəklər. 

Sizin Reklam Yeriniz