Movqe.az xəbər verir ki, Təranə
Qumralın (İbrahimova Təranə Xeyrulla qızı) hüquqi
nümayəndəsi Vüqar
Səfərlinin publika.az-a verdiyi məlumata görə, buna ANS telekanalında
yayımlanan "Bazar səhəri" verilişinin 2 noyabr 2014-cü il saylı
buraxılışında müğənni Nazəninin və
prodüseri Pərvizin Təranə Qumral
barədə səsləndirdiyi ifadələr səbəb olub:
"Həmin verilişdə Nazənin Rəhim qızı Salayeva və Pərviz Sakit oğlu
Abbasov telefon əlaqəsi yaradaraq, iddiaçıların ünvanına işlətdiyi
təhqiramiz ifadələrə görə Xətai Rayon Məhkəməsinə müraciət olunub.
Həmçinin Pərviz Abbasovun Instagram səhifəsində yerləşdirdiyi
"Bədbəxt ailə tablosu: Əri ola-ola başqa kişilərə göz qoyan Təranə"
ifadəsinin təkzib olunması iddia ərizəsində öz əksini tapıb. Hesab
edirik ki, bu təhqirlər cəmiyyətdə onların barəsində mənfi rəy
formalaşdırıb və Təranə xanımın işgüzar nüfuzunu, həmçinin şərəf və
ləyaqətini ləkələyib".
Qeyd edək ki, məhkəmə baxışı dekabrın 1-nə təyin olunub.
Xatırladaq ki, iki sənətçi arasındakı münasibət müğənni Arzu Mələyin paytaxt restoranlarının birində keçirilən ad günündən sonra gərginləşib.