Əlaqə Arxiv
news Image
2014.11.20
16:39
| A A A
3 dəfə boşanan azərbaycanlı müğənnidən etiraf: "Hazırda həyatımda biri var"

Keşməkeşli həyatı ilə çox çətinliklərdən keçən ifaçı Bahar Lətifqızı keçmişə qayıdıb.
 

Milli.Az  xəbər verir ki, uşaqlıq illərini doğmalarından kənar, internat məktəbində keçirən ifaçı heç çəkinmədən şəxsi həyatında baş verənləriATVxəbər.az-la paylaşıb: 

"İlk ailə həyatımı 18 yaşında qurmuşam. Birinci ailəmin dağılmasına səbəb çox oldu. Amma ikinci ailəmin dağılmasına səbəb övladım olmaması idi. 9 il bir insanla yaşadıq, amma uşağım olmadı. Daha sonrakı ailəmdən bir qızım oldu. Çalışıram pis şeylərdən uzaq durum, bu barədə danışmayım. Həyat yoldaşım ailə qurdu, xoşbəxt olsun. Hal-hazırda da həyatımda biri var. Niyə də olmasın? Həyatıma kimsə daxil ola bilər, sevə bilərəm. Nə qədər ki, dərinliyə getməmişəm, düşünürəm. Amma çox istəyərdim bir övladım da olsun. Belə şeylərə gülmək lazım deyil. Bu həyatın çərxi-fələyidir, bizlə belə rəftar edir. Mən də istəməzdim belə həyat qurum".
 

Xatırladaq ki, B. Lətifqızının Sevgi adlı qızı var.

Sizin Reklam Yeriniz