Əlaqə Arxiv
news Image
2014.11.28
17:40
| A A A
Yol polisindən Sevdaya xəbərdarlıq, Tolikə cərimə

Milli.Az-ın axşam.az-a istinadən xəbərinə görə, "Xəbərsizsiniz" verilişinə qonaq olan Vaqif Əsədov tanınmışlara xəbərdarlıq edib: 
 

"İctimaiyyət arasında söz-söhbətlər gəzir: guya polislər məşhurların günahlarına göz yumur, onlar nə istəsələr, edə bilərlər, protokol yazılmır. Bu, yanlış fikirdir. Hətta məşhurların çəkdirdikləri avtomobillə bağlı o dırnaqarası klip bizim tərəfimizdən araşdırılıb, müvafiq cəzalar tətbiq edilib. Bu gün törədilən xətaları lentə alıb internet saytlarında yerləşdirmək həmin vətəndaş barəsində tədbir görülməsinə imkan verir. Adlarını qeyd etmək istəməzdim, amma tanınan şəxslər arasında sürücülük vəsiqəsi olmayanlar var. Onlarla bağlı polisin saxlamaq əmrindən sonra durmayıb yola davam etmələri halları baş verir. Məşhurların hamısı törətdikləri xətaya görə cavab verir. Hətta Tolik Qazax yolunda xəta törədib və bunun qarşılığı olan yüz manat cəriməsini ödəyib". 
 

Bölmə rəisi, həmçinin müğənnilərin çəkdirdikləri kliplərdə yol hərəkəti qaydalarının pozulmasına görə xəbərdarlıq edildiklərini deyib: 
 

"Müğənnilər klipdə avtomobillə çəkilirlərsə, onda təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Sevda Yahyayeva avtomobillə çəkdirdiyi klipə görə bizim tərəfimizdən xəbərdarlıq edilib". 
 

Qeyd edək ki, Sevda Yahyayevanın "Unut" adlı klipində motosiklet və avtomobil səhnələri lentə alınıb.

Sizin Reklam Yeriniz