Əlaqə Arxiv
news Image
2012.07.26
15:48
| A A A
Müğənni Elnarə yalançılıqda ittiham olundu
Movqe.Az xəbər verir ki, Azərbaycanın populyar müğənnisi Elnarə Xəlilova dinləyicilərə yalan danışıb.

Qeyd edək ki, ANS ÇM radiostansiyası müğənni Elnarə Xəlilova barədə məlumat yayıb. ANS PRESS isə müğənni Elnarə Xəlilova barədə məlumatın mətnini dəyişdirmədən oxuculara təqdim edib. Məlumatda müğənnini yalançılıqda ittihame diblər. Biz də Movqe.Az oxucularına həmin məlumatı təqdim edirik:

<< Televiziya kanalllarından birinin efirində yayımlanan verilişdə təəccüblə eşitdik ki, müğənni Elnarə Xəlilova "Qan qrupu"nun yaradıcısıdır və "Təlqin", "Hər şey istəyirəm" klipini çəkib.

Əvvala "Qan qrupu"nu ANS ÇM yaradıb və layihəyə Elnarə adicə bir ifaçı kimi dəvət olunub. Lakin yaradıdıcılıq imkanları baxımından qrupu qane etmədiyinə görə buradan uzaqlaşdırılıb. Klip çəkməsinə gəlincə, Elnarə Xəlilova burada da dinləyicilərə yalan danışır.

Hər iki klipi "Bakıfilm" çəkib və burada da Elnarədən yalnız iştirakçılardan biri kimi istifadə olunub. Əlbəttə, biz Elnarə Xəlilovaya pislik arzulamırıq. Əksinə, ona yaradıcılıq uğurları arzulayırıq. Sadəcə istəyirik ki, gələcəkdə daha yalan danışmasın, ən azı ona görə ki, bu çox pis adətdir.

ANS ÇM radiostansiyası>>

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz