Gənc müğənni ilə 4 qat dünya çempionunu nə birləşdirir? – Foto
Movqe.Az xəbər verir ki, gənc müğənni Sabir Əhmədov gecə
klublarının birində idmançı Kamil Sərifovla bərabər
görünüb.
Qeyd edək ki, idmançı ilə Sabiri bir araya onun prodüseri Samir Xəttab gətirib. Samir bildirib ki, gələcəkdə maraqlı layihə üzərində çalışacaqlar.
"Biz bir yerdə əyləşib, yeni planlarımız haqda müzakirə apara bilirik. Qarşıda hər iki sima ilə görüləcək çox işlərimiz var".
Onu da qeyd edək ki, "Prince Baku" ləqəbi ilə tanınan Kamil Şərifov kiqboks üzrə 4 qat dünya və 9 qat Azərbaycan çempionudur.
Türkan Nadirqızı
Movqe.Az