Əlaqə Arxiv
news Image
2012.07.31
13:52
| A A A
Rep ifaçısı Timati Azərbaycan dilində rep deyəcək?
Movqe.Az xəbər verir ki, rusiyalı rep ifaçı azərbaycan dilində rep deyəcək.

"Davay, do svidaniya" meyxanasının müəllifləri İntiqam və Ehtiram Rüstəmov qardaşları Timati ilə deyişəcəklər. İntiqam Rüstəmov Movqe.Az-a verdiyi məlumatda rusiyalı rep ifaçısı Timati ilə birgə təqdim edəcəkləri layihə üzərində işlədiyini deyib.

"Biz bu günlərdə Moskvada "Rossiya 1" telekanalının qonağı olduq, iştirak etdiyimiz verilişdə  isə Timati də var idi. Onunla razılığa gəldik ki, meyxananın mətnini mən hazırlayacam. Timati isə Azərbaycan dilində rep söyləyəcək. Mən isə rus dilində meyxana. Daha sonra isə hər ikimiz rus dilində deyişəcəyik. Daha sonra isə deyişməmizə klip çəkdirəcəyik", - deyə İ.Rüstəmov bildirib.

Qeyd edək ki, meyxanaçının sözlərinə görə, klip çəkilişləri Moskva şəhərində olacaq.

 

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz