Müğənni Elnarə şəxsi həyatından danışıb. Hər zaman çox uşaq arzulayan müğənni deyib ki, həyatı irəlidədir: "5 uşağım da ola bilər. Niyə də olmasın?"
Movqe.az bildirir ki, ifaçı şəxsi həyatı ilə tamaşaçılara nümunə
olmaq istədiyini də vurğulayıb: "Çalışıram ki, nümunə olum şəxsi
həyatımla. Axı mənə gənclər baxırlar. Xanımlar, bəylər, ailəli
olanlar, olmayanlar hamı bizdən nümunə götürür. Mən üzdə olan
insanam. Haradasa, qaymağam".
Elnarə bir müddət əvvəl sosial şəbəkələrdən müvəqqəti uzaqlaşmağı
haqqında da danışıb: "Sosial şəbəkələrdən bir müddət imtina etdim.
3 ay telefonumu da söndürdüm. Heç kimi görmək istəmirdim. Hər şey
üstümə gəlirdi".
Müğənni yarıdıcılıq işlərindən də danışıb. "Yeri gəldikcə iş görmək
lazımdır. Hər ay bir iş görüb, tez də yaddan çıxmaq istəmirəm.
İstəyirəm ki, ildə 1 dəfə, 2 dəfə olsun, amma şillə olsun, yadda
qalsın, 1 il hamı ondan danışsın. Hələ ki, belə olub, bunu qoruyub
saxlamışam".