Əlaqə Arxiv
news Image
2015.02.02
18:17
| A A A
Tanınmış aktyor dostunu öldürdü

"Power Rangers"ın qəhrəmanı dostunu xəncərlə öldürüb.

90-cı illərin ən sevilən gənclik seriallarından birinin qəhrəmanı qətl törədib.

"Power Rangers"in oyunçusu Rikardo Medina otaq yoldaşını xəncərlə öldürüb.

Rikardo Medina Kaliforniyadakı evində 36 yaşlı Coşua Sutterlə birlikdə yaşayıb. O, dostunu qarın nayihəsindən xəncərlə vurub. Daha sonra təcili tibbi yardım çağırsa da, Coşua Sutter xəstəxanada ölüb.

Rikardo Medina sorğu zamanı bildirib ki, mübahisəyə Coşua səbəb olub. Belə ki, Rikardo sevgilisi ilə otağa girəndə Coşua da onların ardınca otağa girib. Onun bu əməli Raikardonu əsəbləşdirib. Nəticədə onlar mübahisə ediblər və Rikardo onu yaralayıb.

Medinanın meneceri də onun çox yaxşı bir dost və köməksevər bir insan olduğunu, buna görə də eşitdiklərindən şoka düşdüyünü deyib.

Qeyd edək ki, Rikardo Medina 2002-ci ildə "Power Rangers Wild Force" serialında "Qırmızı Ranger" obrazını canlandırıb.

Sizin Reklam Yeriniz