Əlaqə Arxiv
news Image
2015.02.03
15:09
| A A A
“Həm təyyarə, həm də yaxta almaq istəyirəm”

"Eurovision 2011" qalibi Eldar Qasımov fəaliyyətini Ukraynada davam etdirir. 

Mövqe.az-a açıqlama verən müğənni yaxın günlərdə Azərbaycan dilində də mahnılar təqdim edəcəyini deyib:

"Ukraynada müqavilələrim var. Ona görə də, ora tez-tez gedib-gəlir, yaradıcı işlərlə məşğul oluram. Daha çox orada fəaliyyət göstərirəm. Azərbaycanda yaradcılığıma ara verməmişəm. Sadəcə istəyirəm keyfiyyətli iş təqdim edim. Bir mahnı var, onun üzərində çalışıram. Hazır olan kimi buradakı sevənlərimin ixtiyarına verəcəm. İsa Məlikovdan da mahnı istəmişəm".

Bir müddət əvvəl təyyarə alması ilə bağlı xəbər yayılan Eldar gələcəkdə belə bir arzusunu reallaşdırmaq istədiyini deyib:

"Təyyarəm yoxdur. Ukraynadan qayıdanda hava limanında bir foto çəkdirib paylaşdım. Xəbər yayıldı ki, guya təyyarəm var. Əlbəttə, mənim də təyyarə almaq arzum var. Qismət olarsa, gələcəkdə həm təyyarə, həm də yaxta almaq istəyirəm".

Sizin Reklam Yeriniz