Əlaqə Arxiv
news Image
2015.02.06
13:40
| A A A
Alsu Azərbaycanlı nazirlə bir arada

Rusiyalı müğənni Alsu və həyat yoldaşı Yan Abramov xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə Bakının qonağı olublar.

Movqe.az xəbər verir ki, ifaçı gənclər idman naziri Azad Rəhimovla görüşüb. O, nazirlə fotosunu paylaşaraq təəssüratlarını bölüşüb:

"2015-ci ildə tarixdə ilk dəfə Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq öz miqyası və peşəkarlığı ilə valeh edir. Həmişəki kimi Bakıda hər şey ən yüksək səviyyədədir. Diqqətə və səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimova minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, Alsunun həyat yoldaşı Yan Abramovəslən bakılı olan yəhudidir.

Sizin Reklam Yeriniz