Əlaqə Arxiv
news Image
2015.02.09
10:30
| A A A
Tolqa Karəl Günay Musayevadan şikayətçi oldu-FOTO

Tolqa Karəl, həyat yoldaşı Günay Musayevanı, sürücüsü tərəfindən silahlı hücuma məruz qaldığı iddiasıyla prokurorluğa şikayət edib.

Movqe.az xəbər verir ki, Tolqa Karəl, 26 Yanvarda silahla təhdid edildiyini iddia edərək prokurorluğa şikayətlə müraciət edib. Hadisənin iki aydır ayrı yaşadığı Günay Musayevanın oturduğu "Maslak"dakı binanın avtoparkında meydana gəldiyini deyən Karəl, həyat yoldaşı və oğlunu ziyarət etmək istədiyini, telefonunun bağlı olması üzərinə də Musayevanın evinə getdiyini bildirib.

Karəl, "Qapını döydüm, ancaq açan olmadı. Daha sonra avtoparka endim və iki şəxs məni təhqir etdi. Bu da bəs deyilmiş kimi,onlardan biri silah çəkərək atəş açdı". İki dəfə silah səsi eşitdiyini deyən Karəl, " O şəxs yoldaşımın sürücüsü olub, bunu yoldaşımın işidir, yoldaşımdan şikayətçiyəm. " deyib.

Günay Musayeva isə ittihamları rədd edib: "Sabah 06.00 saatlarında içkili bir şəkildə gəldi və evi dağıtdı. Daha sonra yaşananlardan isə xəbərim yoxdur. "Günay Museyevanın ara-sıra sürücülüyünü etdiyini deyən Özkan Bərbər də " Günay xanım, Tolqa bəyin içkili şəkildə evə gəlib, sonrasında isə evi dağıtdığını deyəndə Tolqa bəyin yanına getdim. Danışmaq istəyirdim ancaq O, söyüş etdi mən də yumruq atdım. Silahım isə yox idi. "deyib.

Tolqa Karəl və Günay Musayeva belə evlənmişdilər...


Sizin Reklam Yeriniz