Əlaqə Arxiv
news Image
2015.02.10
10:40
| A A A
Röya yeni layihəsindən danışdı

Müğənni Röya Ayxan sosial şəbəkələrin fəal istifadəçisidir. Movqe.az-ın məlumatına görə, ifaçı bu haqda "Arxiv" verilişində deyib. O, İnstaqram və "Facebook"u özünün idarə etdiyini bildirib: "İnstaqram səhifəmi, "Facebook"u özümün idarə etdiyimi hamı bilir. Sosial şəbəkələrdə yazılan neqativ fikirlərə əhəmiyyət vermirəm. Hamısı müəyyən müddətlik həvəsdir. İndi bunlar aktualdır. Bir müddət sonra dəbdən düşəcəklər. Yeni bir sosial şəbəkə yaransa, hamı ona maraq göstərəcək".

R.Ayxan çox vətənpərvər olduğunu deyərək, yeni layihəsini açıqlayıb:

"Hara gedirəmsə, ancaq AZAL-la uçuram. Çox vətənpərvər insanam. Belə şeylərə önəm verirəm. Hətta bu yaxınlarda Azərbaycan Hava Yollarına həsr olunmuş mahnı da oxuyacam".

Sizin Reklam Yeriniz