Əlaqə Arxiv
news Image
2015.02.12
13:32
| A A A
Tanınmış aparıcı-müğənninin şerlər kitabı nəşr edilir

Həzin səsi ilə xalq və bəstəkar mahnılarını özünəməxsus şəkildə ifa edən Vüsalə Rəcovanın yaxın günlərdə növbəti şeirlər kitabı təqdim ediləcək. Movqe.az xəbər verir ki, zamanla yazılıb, nəşrə hazır olan misralarda Vüsalə Rəcova duyğularını bölüşüb.  Sənətçinin bəzi şeirləri həm özünün, həm həmkarlarının nəğmələrində yer alıb. Yeni nəşrlərdən bir neçəsi ilə tanış olan yaxın sənətçi dostları marağını gizlətməyib. Vüsalə Rəcova onlardan şeirlərini əsirgəməyəcəyini bildirdi. 

Ötən həftələrdə konsert vədi verən Vüsalə xanımın artıq məşqlərə başladığını öyrəndik. Repertuarına həm klassik, həm bəstəkar mahnıları toplayan sənətçi çıxışının gələn aya gözlənildiyini diqqətə çatdırdı. Konsertləri silsilə şəklində olacağını deyən V.Rəcovanın həm paytaxtda, həm də respublikadan kənarda səhnə alacağını öyrəndik.

Sizin Reklam Yeriniz