Əlaqə Arxiv
news Image
2015.02.16
11:16
| A A A
Bakı zooparkının müdriyyətindən tülkü dişləməsinə aydınlıq gətirildi

Bakı zooparkının direktoru Azər Hüseynov zoopark ərazisində tülkünün oradakı ziyarətçi qadınlardan birini dişləməsi barədə yayılan məlumatlara aydınlıq gətirib. A.Hüseynov Trend-ə bildirib ki, zoopark ərzisində insanın tülkü tərəfindən dişlənməsi halı baş verə bilməz. Çünki tülkülər və porsuqlar hazırda zooparkın ziyarətçilər üçün açıq olmayan hissəsində- təsərrüfat həyətində saxlanılır. Həmin həyətə girişin qadağan olduğunu və bu barədə orada həm Azərbaycan, həm də rus dilində xəbərdarlığın yazıldığını deyən A.Hüseynov əlavə edib ki, tülkü və porsuqlar üçün qəfəs hazırlansa da, onlar hələlik həmin qəfəsə köçürülməyiblər: "Tülkü və porsuq zooparkın adam görə bilən hissəsində deyil, oraya adamlar keçə bilməzlər. Ancaq əgər kimsə oraya keçibsə, bu, yalnız onun məsuliyyətsizliyindən olub".

A.Hüseynov deyib ki, əgər həqiqətən də zooparkda dişlənmə hadisəsi olsaydı, bu haqda zooparkın həkiminə və işçilərinə məlumat verilərdi. Ancaq zoopark işçilərinə bu barədə müraciət daxil olmayıb.

Xatırladaq kli, Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından Apa-ya verilən məlumata görə, Bakı şəhər sakini, 42 yaşlı Yeganə Əhmədova həkimə müraciət edərək zooparkda tülkü onudişlədiyini bildirib.

Y. Əhmədova Klinik Tibbi Mərkəzə yerləşdirilib.


Sizin Reklam Yeriniz