Əlaqə Arxiv
news Image
2015.02.22
22:07
| A A A
"Allah o günü mənə qismət etsin" - xalq artisti

"Mənim əsas arzum Qarabağın azad olunmasıdır. Allah o günü mənə qismət etsin. Yalnız bundan sonra ölə bilərəm".

Movqe.az aznews.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nuriyyə Əhmədova deyib.

Hazırda müalicəsinin davam etdiyinibildirən Nuriyyə Əhmədovanın sözlərinə görə,havaların kəskin dəyişməsi onun səhhətində problem yaradıb:

"Dünəndən etibarən özümü pis hiss edirəm. Havalar dəyişən kimi vəziyyətim ağırlaşır".

Xatırladaq ki, Nuriyyə Əhmədovanın səhhətində oğlunun ölümündən sonra problemlər yaranıb.

Sizin Reklam Yeriniz