Emin əkizləri ilə moda gecəsində- Fotolar
Müğənni və tanınmış iş adamı Emin Ağalarov
Moskvada keçirilən moda gecəsinə oğlanları ilə
qatılıb.
"Qafqazinfo"nun tatler.ru-ya istinadən məlumatına görə, "Krokus City Mall"da baş tutan tədbirdə əkizlər modellər qədər diqqət çəkiblər. Bu, əkizlərin Moskvada ataları ilə birgə qatıldıqları ilk belə tədbirdir.
Əli və Mikayıl "Krokus"un mərməri üzərində əyləniblər. Onların mərasimdə iştirakı italiyalı dizayner Alberto Quardianini də məmnun edib.