Əlaqə Arxiv
news Image
2015.02.27
18:55
| A A A
"O qədər botoks edib ki, tanımaq olmur" - Fədayə Laçın
Müğənni Fədayə Laçın botoks edən həmkarlarından danışıb. Movqe.az-ın məlumatına görə, "Atv maqazin" verilişinə qonaq olan ifaçı bildirib ki, bir çox müğənnilər əməliyyatdan sonra tanınmaz hala düşürlər: "Bir çox müğənnilər botoks edirlər. Allah nə veribsə, odur. Sonradan dəyişməklə deyil. İstəsəydi, sənə o görünüşü verərdi. Qaşlarını təmizləyib, tatu edirlər. Burunlarını kəsdirənlər də var. Botoks etdiriblər, üzlərinə baxanda bilmək olmur ki, ağlayır, yoxsa gülür. Anamla Məhəbbət Kazımovun yas mərasiminə getmişdik.  Evə gələndə anam soruşdu ki,  "filan müğənni niyə yox idi?" Mən də dedim ki, hamısı orda idi, yanında duran elə filankəs idi. İndi bir çoxu o qədər botoks edib ki, tanımaq olmur". 
Sizin Reklam Yeriniz