Əlaqə Arxiv
news Image
2015.03.13
17:40
| A A A
Müğənni necə zorlandığını açıqladı
"Mən utancımdan polisə belə gedə bilmədim"

Dünya şöhrətli amerikalı müğəni Madonna qalmaqallı açıqlama edib. Movqe.az-ın məlumatına görə, Madonna 19 yaşında Nyu Yorka gələndən qısa zaman sonra cinsi təcavüzə məruz qaldığını etiraf edib.

Onun sözlərinə görə, bu hadisə o hələ rəqs məktəbinə gedəndə baş verib. "Lakin məktəbin qapısı bağlı idi. Mən taksafondan zəng etməli idim. Bunun üçün isə pul lazım idi. Onda bu şəxs mənə evindən zəng etməyi təklif etdi. O, çox mehriban adama bənzəyirdi və yolun digər tərəfində yaşadığını dedi".

Madonna kişi ilə hündürmərtəbəli binanın girişinə girəndə onun bıçaqla hədələyərək təcavüz etdiyini deyib. Müğənni baş verənlərdən sonra polisə müraciət etməyib. Buna səbəb isə utanması olub. "Mənə dedilər ki, əgər polisə müraciət etsəm tibbi müayinədən keçməli, məhkəmədə şəxsi suallara cavab verməli olacağam. Mənim üçün bu proses çox alçaldıcı idi".

Xatırladaq ki, müğənni zorlandığını ilk dəfə 2013-cü ildə desə də, o zaman bu hadisə barədə ətraflı açıqlama verməmişdi.

Sizin Reklam Yeriniz