Ayandan fərqli mahnı – “Bildi sevdiyimi”
Yenilənən
repertuarı ilə dinləyici auditoriyasını artıran müğənni Ayan
Babakişiyevanın bu silsilədən yeni mahnısı hazırlayır. Movqe.az-ın xəbərinə görə, söz və musiqisi həmkarı
Elçin Cəfərova məxsus "Bildi Sevdiyimi" yaxın günlərdə
dinləyicilərə təqdim ediləcək. A.Babakişiyevanın mətbuat katibi
xəbər verir ki, mahnı dinamik, yaz və yayın hiti olmağa iddialıdır.
Mahnının müəllifi isə qeyd edir ki, yaradıcılığında bu tərzdə bəstə
yenidir və o, məhz Ayan xanımın ifası üçün yazılıb. Repertuarında
fərqlənən yeni mahnının ekran həllini düşünən Ayan xanım onu
peşəkar komandanın iştirakı ilə klip çəkdirməyə qərar verib