Əlaqə Arxiv
news Image
2012.08.22
13:15
| A A A
Avril Lavin və "Nickelback" qrupunun solisti nişanlandı

Movqe.Az xəbər verir ki, Avril Lavin və "Nickelback" qrupunun solisti Çad Kreger münasibətləri o qədər səssiz-səmirsiz başladı ki, heç kimin bundan xəbəri belə olmayıb. İndi isə 6 aylıq münasibətlərdən sonra kanadalı rokçular evlilik yolunda nişanlanmaq qərarı veriblər. Bunu Lavinin nümayəndəsi eksklüziv olaraq People jurnalına deyib.

27 yaşlı Lavin və 37 yaşlı Kreger bu ilin fevralında Avrilin 5-ci studiya albomuna mahnı yazmaq üçün studiyada bir araya gəlmişdilər.

"Romantik münasibətlər bir yerdə mahnı yazarkən studiyada keçirdikləri zaman ərzində alovlanıb" – deyir Avril Lavinin mətbuat nümayəndəsi.

Xatırladaq ki, Kregerin ilk, Lavinin isə ikinci evliliyi olacaq. Bundan əvvəl Avril "Sum 4" qrupunu solisti Derik Uubli ilə 2009-cu ildə boşanmışdı.

Sizin Reklam Yeriniz