Əlaqə Arxiv
news Image
2012.08.24
16:25
| A A A
Hande Yener Madonnanın ayaqqabılarını aldı
Hande Yener Madonnanın dizayn etdiyi ayaqqabı kolleksiyasının hamısını satın alıb

Hande Yener həm tətil üçün, həm də prodüserlər ilə görüşmək üçün keçən günlərdə Amerikaya gedib. Məşhur müğənni orada səhnə geyimləri üçün alış-veriş edib. Mağazaları dolaşıb tərzinə uyğun aksesuarlar seçən Yener alış-veriş turunda heyranı olduğu pop ulduz Madonnanın dizaynlarını da tapıb.

Madonanın dizayn etdiyi "Truth or Dare" adlı ayaqqabı kolleksiyası ilə yaxından tanış olan Hande Yener bütün modellərdən bir cüt alıb.

Madonnanın "W.E." filminin kreativ dizayn məsləhətçisi Arian Fillips ilə hazırladığı vamp və rok motivləri daşıyan kolleksiyasındakı ayaqqabıların qiyməti 89 ilə 349 dollar arasında dəyişir.publika

Sizin Reklam Yeriniz