Əlaqə Arxiv
news Image
2012.08.25
14:21
| A A A
Azərbaycanın xalq artisti İlhamə Quliyeva ürəyindən əməliyyat olunub
Azərbaycanın xalq artisti İlhamə Quliyeva ürəyindən cərrahiyyə əməliyyatı olunub. Xalq artistinin prodüseri Lamiyə Ələkbərova APA-ya bildirib ki, Mərkəzi Neftçilər Xəstəxanasında bu gün saat 7.30-da başlayan əməliyyat saat 5 saatadək davam edib və uğurlu olub. O, İ. Quliyeva üzərində açıq ürək əməliyyatı aparıldığını deyib.
Əməliyyat müddətində müğənninin yaxınları da xəstəxanada olublar. Prodüserin sözlərinə görə, İ. Quliyeva iki gün reanimasiya şöbəsində qalandan sonra palataya köçürüləcək.
 
Sizin Reklam Yeriniz