Əlaqə Arxiv
news Image
2015.06.05
12:30
| A A A
"Ailə mənim üçün daha önəmlidir" - Aysel
Müğənni Aysel Əlizadə şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Movqe.az-ın məlumatına görə, sənətçi "5/5" verilişində ailə qurmağa hazırlaşdığını deyib: "Sevdiyim insan var. Bu yaxınlarda da ailə quracam. Həmişə sözün düzünü demişəm. Nə olursa, gizlətmirəm. "Hə" də olub. Hələ ki, məclisin mediaya qapalı olub-olmaması ilə bağlı heç nə deyə bilmərəm. Qarşı tərəf nə məsləhət görsə, onu da edəcəm. Ailə mənim üçün daha önəmlidir". 

Aparıcı Zaur Kamalın "Deyirlər, Aysel yaxşı qızdır, amma ağılsızdır. Hələ də kirayədə yaşayır" sözlərinə isə ifaçı belə cavab verib: "Kirayədə yaşayıram. Amma şəxsi evim var, hazırda təmir olunur. Niyə ağılsız oluram ki? Bəlkə mənim üçmərtəbəli villam var, ona görə təmiri gecikir?".

Sizin Reklam Yeriniz