Əlaqə Arxiv
news Image
2015.06.07
19:00
| A A A
Bu gün məşəli Aygün Kazımova daşıyacaq - foto
"Bakı 2015"in məşəlinin Bakı marşrutu başlayır.

Movqe.az-ın məlumatına görə, bu gün məşəli xalq artisti Aygün Kazımova daşıyacaq. Müğənni bu barədə sosial şəbəkədə yazıb: "Dostlar bu gün Vətənimizdə keçiriləcək İlk Avropa Oyunlarının məşəli Bakıya gəlir. Böyük qürurla o məşəli Bayraq Meydanından mərkəzə aparacağam. Özümü çox xoşbəxt hiss edirəm".


O, məşəli daşıdığı zaman geyinəcəyi idman paltarlarının da fotosunu paylaşıb.


Qeyd edək ki, Bakı 2015 məşəli iyunun 11-də final üçün Qız Qalasından götürüləcək və iyunun 12-də açılış mərasiminin keçiriləcəyi Milli Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Sadko limanına aparılacaq.


Sizin Reklam Yeriniz