Əlaqə Arxiv
news Image
2015.06.12
00:30
| A A A
"Harasa tək gedən kimi sual verirlər: “Boşanmısan?” - Elton
Müğənni Elton Hüseynəliyev "Yeri gəlmişkən" verilişinə açıqlama verib.

Movqe.az-ın məlumatına görə, ifaçı dedi-qodulardan danışıb:

"Hər zaman ətrafın fikrinə önəm vermişəm. Neçə illər bu çərçivədə yaşamışam. Amma illər keçdikcə başa düşdüm ki, insanlar şayiələr danışmağı sevir. Cəmiyyətdə obyektiv insanlar azdır. Harasa tək gedən kimi sual verirlər: "Boşanmısan?". Ya da küçədə ayaqla gəzəndə, hamı deyir: "Avtomobilini satmısan?". Bəzi halda ağsaqqal fikirləri önəmlidir. Nəsə edəndə ilk növbədə atamın, anamın fikrini öyrənirəm. Ətraf hər zaman səni qınaya bilər. Amma bu qınaqlar insanı daha təcrübəli edir".

Sizin Reklam Yeriniz