Xoşqədəmlə Doğuş İstanbulda villa alır
Türkiyə mediası müğənni Doğuş və aparıcı Xoşqədəm Hidayətqızından yazıb.
Movqe.az-ın məlumatına görə, xəbərdə ifaçının azərbaycanlı həyat yoldaşı ilə birlikdə İstanbulda olduğu bildirilib:
"Azərbaycanın paytaxtı Bakıda yaşayan Doğuş İstanbulda villa almaq istəyir. Bunun üçün həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə birlikdə Türkiyəyə gələn ifaçı evlərə baxır. Yeni albomunun hazırlıq işləri başa çatan Doğuş onu təqdim etdikdən sonra tez-tez İstanbula gəlib-gedəcək".