Əlaqə Arxiv
news Image
2015.07.01
11:34
| A A A
Tural Bayraməliyevdən yayın bəstəsi
Kiçik fasilədən sonra mahnı yaradıcılığına davam edən bəstəkar-şair Tural Bayraməliyev yeni mahnısını dinləyicisinə təqdim edib. Bu barədə Movqe.az-a məlumat verən sənətçi bildirib ki, söz və musiqisi özümə məxsus mahnı "Bu bahar" adlanır. Sevgini tərənnüm edən mahnını gənc və istedadlı müğənni Damla səsləndirib.
Qeyd edək ki, mahnıya nəzərdə tutulan klip çəkilişi artıq tamamlanır və yaxın günlərdə təqdim ediləcək.
Hər bir mahnısının ifaçısına uğur gətirdiyini bildirən Tural Bayraməliyev eyni uğuru Damlada da görəcəyinə inandığını bildirdi.
Xatırladaq ki, Damla Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb, müəllimi xalq artisti Qəndab Quliyeva olub.
Sizin Reklam Yeriniz