Əlaqə Arxiv
news Image
2015.07.08
22:30
| A A A
Eltonu əsəbiləşdirdilər: "Savadsızlar, cahillər..."
Müğənni Elton Hüseynəliyev özündən çıxıb.

Movqe.az-ın məlumatına görə, sənətçi sosial şəbəkədə ona "toy müğənnisi" yazanlara sərt cavab verib:


"Çoxları elə başa düşür ki, toya getmək asandır. Sosial şəbəkədə soysuz insanlar var ki, deyir "Azərbaycanın səsi"ndə oturan münsiflər toy müğənniləridir. Demək istəyirəm ki, toyda hər müğənni oxuya bilməz. Adam var ki, özünü tanıtmaq üçün nə qədər pul tökür. Amma toya gedəndə oxuya bilmir, biabır olur. Müğənnilər var ki, canlı oxuya bilmir. Toya gedənlər sənətdə sözünü demişlərdir. İndi toylara gedirik və çox şey görürük. Dünya ulduzları Cennifer Lopes də, Tarkan da, Sibel Can da toya gedir. Ey savadsız, cahil insanlar, bir az xəbər, kitab oxuyun. Bəli, mən özümdənrazıyam və səsimi çox bəyənirəm. Mən yaxşı oxuyanam".

Sizin Reklam Yeriniz