Əlaqə Arxiv
news Image
2015.07.11
14:00
| A A A
"Flora Kərimova məni yanına çağırıb dedi ki..."
Müğənni Elçin Cəfərov xalq artisti Flora Kərimova üçün mahnı yazacaq.

Movqe.az-ın məlumatına görə, ifaçı bu haqda "Star life" verilişində xəbər verib:


"Məni yanına çağırdı ki, iki mahnı yaz. Birini duet oxuyarıq, digərini özüm tək ifa edəcəm. O boyda sənətkar məndən mahnı istəyib, mütləq yazacam. Amma nə vaxt bilmirəm. Hər bir işin öz zamanı var".

 

Sənətçi "De adın nə" klipinin aqibətindən də bəhs edib:


"Söz yazarı və mən klipi bəyənmədik. Sonra da üstünə düşmədim ki, yenidən çəkdirim. Pis əhval-ruhiyəyə qapılmaq istəmədim. Bir il bundan əvvəl yazdığım mahnılar var. Birini Aygün Kazımova ifa etdi. Zamanla onları təqdim edəcəm".


Yay istirahətindən söz açan E.Cəfərov bu il bölgələrdə dincələcəyini bildirib:


"Fiziki yorğunluq deyə bir şey var. Yatırsan dincəlirsən, keçib gedir. Amma zehni yorğunluq uzun vaxt tələb edir. Mən də səs-küydə çox oluram deyə zehni yorğunam. Dincəlməyi çox sevirəm. Azərbaycanın gözəl guşələrinə getmək istəyirəm. Yaşıllıq içində dincəlməyi arzulayıram".

Sizin Reklam Yeriniz