Əlaqə Arxiv
news Image
2015.07.11
23:00
| A A A
"Mənim bütün sevgim o insana aiddir"
Müğənni-bəstəkar Murad Arif xanımına sevgisindən bəhs edib.

Movqe.az-ın məlumatına görə, sənətçi "Star life"a açıqlamasında kliplərində xanım tərəf müqabilinin olmamasının səbəbindən danışıb. 


O, həyat yoldaşı Cəmilə xanımın onu heç vaxt qısqanmadığını bildirib:


"Xanımımla aramızda olan səmimiyyət, sevgi heç vaxt qısqanclığa səbəb olmayıb. Kliplərimdə xanımlar rol alır. Onların heç biri ilə bir arada olmamışam. Ayrıca çəkilmişəm, montaj edilib. Mənim onda qıcıq yaradacaq hərəkətim olmayıb. Hər zaman demişəm ki, kliplərimdə tərəf müqabilim olmayacaq. Heç vaxt başqasına sevgi etiraf etməyəcəm. Mənim içimdəki bütün sevgi bir insana aiddir. Klipdə bəzi şeyləri tamaşaçıya səmimi çatdırmaq lazımdır. Rol xatirinə belə sevgimi başqasına göstərə bilmərəm. Təbii alınmaz. Aşiqəm və bir sevgim var".

Sizin Reklam Yeriniz