Əlaqə Arxiv
news Image
2015.07.13
00:30
| A A A
"Emin hər həftə onların yanına uçur" - Araz Ağalarov
Oğlu Eminlə Leyla Əliyevanın boşanmasına keçən ay münasibət bildirən Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bu barədə bir daha danışıb.

Movqe.az-ın ans press-ə istinadən məlumatına görə, "Crocus" şirkətlər qrupunun prezidenti dost olaraq qaldıqlarını bəyan edərək birlikdə boşanma qərarı verən cütlüyün münasibətlərinin çox yaxşı olduğunu açıqlayıb.

"Eminlə Leyla əvvəllər olduğu kimi çox yaxşı münasibətlərini saxlayıblar. Onlar uşaqlarını birlikdə tərbiyə edirlər. Leyla və əkizlərin harada olmasından asılı olmayaraq o, hər həftə onların yanına uçur" - deyə, o, "Komsomolskaya Pravda"ya müsahibəsində bildirib.

Araz Ağalarov oğlunun şəxsi həyatında baş verən bu hadisəni ilk dəfə şərh edərkən təəssüfləndiyini bildirmişdi: "Mən çox təəssüf edirəm ki, belə alındı. İkisi də mehriban, pozitiv insanlardır. Görünür, nə isə alınmadı".

Qeyd edək ki, 30 aprel 2006-cı ildə ailə quran cütlüyün 1 dekabr 2008-ci ildə Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib.

Xatırladaq ki, Prezident İlham Əliyevin böyük qızı, ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov 30 may 2015-ci il tarixində birlikdə boşanma qərarını veriblər. Bu barədə ilk olaraq L.Əliyeva sosial şəbəkədə bəyan etmişdi.

Sizin Reklam Yeriniz