Əlaqə Arxiv
news Image
2015.07.15
23:00
| A A A
"Kinli insan deyiləm" - Xədicə Sənanqızı
“İnsan müdrik, ağıllı olmalıdır. Əbəs yerə demirlər ki, sözü söyləməzdən əvvəl düşün. Elə bir söz ola bilər ki, insanın həyatını məhv edər”.

Movqe.az-ın məlumatına görə, bu sözləri aparıcı Xədicə Sənanqızı "Yeri gəlmişkən" verilişində deyib. O, mülayim insan olduğunu bildirib: 


"Allah insanları çox xoşbəxt yaradıb. Bizim şüurumuz, məntiqimiz var. Mən həyatda çox mülayim insanam. Çalışıram ki, mübahisəyə girməyim, bilmədiyim işin arxasınca düşmərəm. Yetərincə səbr edirəm. Qarşımdakı insanın mənim səbrimdən sui istifadə edib-etmədiyini anlamağa çalışıram. İnsan küsə, inciyə bilər. Amma əsas odur ki, kin saxlama. Mən kinli deyirəm. Allah bizə nə qədər ömür verirsə, bu ərəfədə qəlbimiz də sınır, küsürük də. Amma bağışlayırıq. Çalışaq dilimizi şirin edək ki, həyatımız da gözəl olsun".

Sizin Reklam Yeriniz