Əlaqə Arxiv
news Image
2015.07.18
23:00
| A A A
"Pula ehtiyacım var, özümə yazığım gəlir" - Zamiq
Müğənni Zamiq Hüseynov şou-proqramlara getmir.

Movqe.az-ın məlumatına görə, ifaçı bu haqda "Star life" verilişində xəbər verib. 


O, bu yolla səsini qorumağa çalışdığını bildirib:


"4 ildir ki, şou-proqrama getmirəm. Gedirdim, oxumağımı itirirdim. Gündə 4 yerdə çıxış edirdim. Pula ehtiyacım var, amma özümə, ifama yazığım gəlir. Səslənməyə qarşı çox həssasam. Hər yerdə bir səslənmə, fərqli aparatlar idi. Fonoqram olurdu, amma yenə də oxuyurdum. Gecə yatırdım, səhər ayılanda görürdüm ki, səsim batıb. Studiyaya girəndə mahnı ifa edə bilmirdim. Qərar verdim ki, az yeyim, amma səsim yerində qalsın".

Sizin Reklam Yeriniz