"Müsəlman olmadım"
Hollivudun qalmaqallı məşhuru Lindsey Lohan dostları ilə birlikdə İstanbulda İstinye Parkda gəzərkən görüntülənib.
Movqe.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, türk yeməklərinin dadına baxdıqdan sonra alış-verişə gedən aktrisa fotoqrafları görən kimi "Allahım, avtomobilim hardadı?" deyərək, kafedə gizlənməyə çalışıb.
Ötən ay Nyu-Yorkda əlində Quranla fotosu çəkilən Lohan jurnalistlərin ""Türkiyəyə xoş gəldiniz. Müsəlman olmusunuz" sualına "Yox" deyə, cavab verib.