Əlaqə Arxiv
news Image
2015.07.22
22:00
| A A A
Oksana təklifləri rədd edir
“Hindistandan çoxlu serial təklifi almışam. Amma qəbul etmirəm. Həm uzun vaxt tələb edir, həm də serialda rol alan aktrisa böyük kinoda uğur qazana bilmir”.

Movqe.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Oksana Rəsulova deyib. 


"Zaman adlı qatar" filmində rol alan sənətçi yeni planlarından bəhs edib:


"Artıq uzun müddətdir ki, heç bir verilişə çıxmıram. Bütün günü səhər saat 8-dən gecə 12-yə qədər çəkilişdəyəm. Bir həftədən sonra başa çatır. Çox yoruluram. Hindistana getməliydim, oradakı işlərim yarımçıq qalıb. Hazırda orada güclü yağışlar yağır. Bütün məşhurlar ölkəni tərk edir. Ona görə də məni tələsdirən yoxdur, işlər dayanıb. Hindistanda yalnız böyük filmdə çəkilmək istəyirəm. Burada da serial, film təklifləri var. İçərisindən bir-iki film seçmişəm".


Bu yaxınlarda Türkiyəyə gedəcək Oksana müalicə aldığını bildirib:


"Anam da mənimlə gedəcək. Allergiyam var, müalicə olunuram. İndi müayinəyə getməliyəm".

Sizin Reklam Yeriniz