Movqe.az-ın məlumatına görə, ifaçı "Zərif qəhrəman" verilişində diplomat olmaq istədiyini bildirib:
"O vaxtlar bu qədər açıq-saçıqlıq yox idi. Ailə həyatı qurdum, düşündüm ki ömrüm bitdi. 17 yaşında həyatım sona çatdı. Amma sonradan başladım düşüncə tərzimi dəyişməyə. Hər şeyi çox istəmək lazımdır. Hər zaman savadımla məşğul olmağa üstünlük vermişəm. Mənim ən böyük arzum diplomat olmaq idi. Amma işdən bezib müğəniliyə gəldim. Çalışdığım hər yerdə uğur qazanırdım, müdir tərifləyirdi. Digər işçilərdə paxıllıq edirdi. Həyatda heç bir şey nağıllardakı kimi deyil: soğan-çörək yeyək, xoşbəxt olaq. Hər şeyin arxasında madiyyat durur. Bu gün pul qazanmayan müğənnilərdənəm. Çünki mənliyimi üstün tuturam. Amma qadın müğənnilər var ki, pulu üstün tutur. Həmişə dözmüşəm, valideynlərimi düşünmüşəm. İstəmirəm valideynimi rayonda barmaqla göstərsinlər ki, bunun qızı belədir. İkinci dəfə ailə qurdum ki, övladım dünyaya gəlsin. Hələ də övladım olmur. Hərdən filmə, seriala baxanda uşaq haqda fikirləşirəm, hətta buna görə ağlayıram da. Amma nə etmək olar, qismət".