Sevgilisi müğənniyə 500 minlik brilyant bağışladı
Sevgilisi müğənni Meray Keriyə brilyant boyunbağı bağışlayıb.
Movqe.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, dəyəri 500 min dollar olan boyunbağı 18 əyyarlıdır.
Yaxınları Kerinin uzun müddətdir birlikdə olduğu milyader Ceyms Parkerə ərə getməyə hazırlaşdığını deyib.
Hədiyyəsinin şəklini İnstaqram səhifəsində paylaşan ifaçı təəccübünü gizlətməyib.