Əlaqə Arxiv
news Image
2015.07.28
00:00
| A A A
Azər Axşam 16 ildən sonra yenidən...
Aktyor Azər Axşam 16 ildən sonra yenidən teatr səhnəsinə qayıdıb.

Movqe.az-ın məlumatına görə, aktyor bu haqda "Onlar"da xəbər verib:


"Bu yaxınlarda Dövlət Pantomima Teatrında "Hamlet" tamaşasını təhvil verdik. Məşq başqadır, səhnədə rolu oynamaq başqa. Şekspirin böyük əsərini bir nəfəsə oynamaq və anlamaq asan deyil. Bacarıqlı aktyor olduğum üçün işin öhdəsindən gələ bildim. Sağ olsun Bəxtiyar Xanızadə. 16 il teatrdan uzaq qalan bir aktyora Hamleti oynatmağı bacardı".


A.Axşam teatrdan uzaqlaşma səbəbini də açıqlayıb:


"Tək səbəb maddiyat idi. İşini sevən birini teatrdan puldan başqa heç bir səbəb uzaq sala bilməz".


Aktyor daha sonra "Həyat tərzimə zidd obrazları sevirəm. "Qız atası" serialındakı Çingiz də elədir" deyə, əlavə edib.

Sizin Reklam Yeriniz