Əlaqə Arxiv
news Image
2015.08.04
23:00
| A A A
"Mədinənin bioloji atası deyiləm" - Şamil Süleymanlıdan açıqlama
“Kristal” qrupunun rəhbəri Mədinə Məlikin tanınmış aktyor Şamil Süleymanlının qızı olması ilə bağlı söylədiklərinə qarşı tərəfdən cavab gəlib.

Movqe.az-ın Axsam.az-a istinadən məlumatına görə, Ş.Süleymanlı prodüserin onun qızı olmadığını bildirib: 


"Bir dəfə də olsun Mədinəni adı ilə çağırmamışam. Həmişə ona "qızım" deyirəm, onunla fəxr edirəm. O isə məni "atam" deyə çağırır. Mədinəni üzdən mənə oxşadanlar var. O, məni sadəcə olaraq sosial şəbəkədə təbrik edib, xəstəxanada olanda tez-tez mənə zəng edirdi. Mədinə kimi qızı olmaq pisdir? Mən Mədinənin bioloji atası deyiləm". 


Xatırladaq ki, prodüser sosial şəbəkədə Milli Kino günü münasibəti ilə aktyoru "ata" adlandıraraq təbrik edib: "Atam, canım, səni və sənin simanda bütün aktyorlarımızı təbrik edirəm. Allah səni mənə çox görməsin".

 

Daha sonra Mədinə saytımıza açıqlamasında həqiqətən də Şamil Süleymanlının qızı olduğunu qeyd edib: 


"Bəli, o mənim atamdır. Bu haqda heç vaxt danışmamışam və danışmayacam da. Onunla bağlı danışmaq istəmirəm. Bu o demək deyil ki, bizim münasibətimiz yoxdur. Atamla çox gözəl münasibətimiz var, tez-tez də danışırıq. Allah onu mənə çox görməsin. O mənim hər şeyimdir".

Sizin Reklam Yeriniz