Əlaqə Arxiv
news Image
2015.08.11
18:56
| A A A
"Funda Ararı bağışlamayacam"
Türkiyə mediası müğənni Miri Yusiflə Funda Ararın qalmaqalından yazıb.

Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, məqalədə həmyerlimizin qarşı tərəfi məkməyə verməsi vurğulanıb.


"Funda Ararın üç gün əvvəl işıq üzü görən "Bağışla" mahnısının Azərbaycanın tanınmış ifaçısı Miri Yusifə aid olduğu ortaya çıxıb. 2 il əvvəl oxuduğu və "Ağ Qara" albomuna saldığı mahnının oğurlandığını görən ifaçı "Fundanı bağışlamayacam" deyib. Bu yaxınlarda "Bağışla" sinqlini təqdim edən Funda Arar Nihad Odabaşının rejissorluğu ilə mahnıya klip də çəkdirib" deyə xəbərdə qeyd olunub.


Yazıda sinqlın işıq üzü gördüyü DMC musiqi şirkətinin rəhbəri Samsun Dəmirin M.Yusiflə əlaqə saxladığı bildirilib.


"Miri Yusif mahnının icazəsiz oxunduğunu görəndə, şok olub. O, Funda Ararla məhkəmədə görüşəcəyini bildirib və "Onu bağışlamayacam" deyib. Məsələyə Funda Arardan cavab gəlməsə də, prodüser Samsun Dəmir Miri ilə əlaqə saxlayıb. Amma onun dedikləri azərbaycanlı ifaçının əsəblərini sakitləşdirə bilməyib. İki məşhur bu qalmaqalı məhkəmədə həll edəcək".


Qeyd edək ki, Ararın dostu, türkiyəli şair Günay Çoban sosial şəbəkədə bəstənin azərbaycanlı MC Murada aid olduğunu və ondan icazə aldıqlarını yazmışdı.



Sizin Reklam Yeriniz